Xəzər Xəbər

Siyəzən sakininin saxladığı pişiklərə işgəncə verdiyi iddia olunur FOTO/VİDEO

Veb TV | 20:08 • 5 Dekabr 2023
Siyəzən sakininin saxladığı pişiklərə işgəncə verdiyi iddia olunur

Siyəzən şəhər sakini Aynur Hüseynovanın pişiklərə işgəncə verdiyi iddia olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Məlumata görə, videogörüntülər Siyəzən şəhər sakini Aynur Hüseynovanın yaşadığı Səttar Xeyrullayev 41 ünvanında çəkilib. İddialara görə, qadın pişikləri evə gətirir, sonra isə xəsarətlər yetirərək onları sağaltmaq adı ilə heyvansevərlərdən pul yığır.

Evin həyətindən ölmüş pişik tapılanda isə heyvansevərlər hərəkətə keçib.

Lakin Aynur Hüseynova deyilən iddiaları qəbul etmir.

O, pişikləri evə yığmasının səbəbini və onlara necə baxdığına aydınlıq gətirib.

Məsələ ilə bağlı polisə də müraciət olunub.

Qadının evindəki heyvanlar da oradan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti