"Azərbaycan Vətən müharibəsində qazandığı qələbə ilə regiondakı ədalətsizliyə son qoydu. Ermənistanın 30 il beynəlxalq ictimaiyyət üçün uydurduğu yalanlar ifşa olundu".
Bunu "Xəzər Xəbər"ə müsahibəsində Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zəfər Sırakaya deyib.
O qeyd edib ki, Azərbaycan antiterror tədbirləri zamanı Qarabağın erməni əhalisinə çağırış edərək orada qalmalarını, birgəyaşayışın mümkün olduğunu bildirsə də, Ermənistandakı bəzi qruplar regionda yaranan vəziyyətin əksinə hərəkət etdilər.
"Bəzi beynəlxalq təşkilatların bu prosesdə rolu böyükdür və onlar kənarda qala bilməz", - deyən Zəfər Sırakaya əlavə edib ki, Ermənistana dəstək olan həmin dairələr bu gün insan hüquqlarının təminindən danışırlar.
Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım isə ermənilərin tarix boyu qonşularına qarşı torpaq iddiaları irəli sürmələrinə diqqət çəkib. O əlavə edib ki, əslən iğdırlıdır və orada da Ermənistandan sürgün edilmiş minlərlə azərbaycanlı var.
O bildirib ki, Ermənistan doğma torpağından didərgin düşmüş Qərbi azərbaycanlılara təzminat ödəməlidir.
Şamil Ayrım Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq məsələsində Azərbaycanı dəstəklədiyini bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: