Türkiyə vətəndaşı idarə etdiyi maşını ilə Kürdəmirdə piyadanı vurub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağsu - Kürdəmir - İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
39 yaşlı Nuray Kırcı idarə etdiyi minik maşını ilə İmişli istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış digər minik maşınına minmək istəyən Ağcabədi rayon sakini 51 yaşlı Natavan Abdullayevanı vurub. Zərbənin təsirindən bir neçə metr aralıya düşən qadın elə hadisə yerində dünyasını dəyişib.
Gəncədə də piyada vurulub. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 57 yaşlı Sədaqət Həsənovanı vurub. Piyada hadisə yerində ölüb. Meyit müayinə olunması üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: