Bakıda daha bir ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Xezerxeber.az xəbər verir ki, dəyişiklik Nəsimi rayonuda Şəmsi Bədəlbəyli və Səməd Vurğun küçələrinində edilib. İşlər Yerüstü Nəqliyyat Agentliyi tərəfindən icra edilib.
Bu dəyişikliklə günün pik saatlarında Rəşid Behbudov küçəsinin yükü də azalacaq. Məqsəd ''28-may'' metrostansiyası ətrafı küçə və prospektlərdə günün pik saatlarında sıxlığın qarşısını almaq və hərəkətin intesivliyini artırmaqdır.
Sürücülər də bu dəyişikliyə ehtiyac olduğunu deyirlər. Onlar yolun qısaldılması ilə Səməd Vurğun küçəsinə rahat getdiklərini bildirdilər.
Eyni zamanda dəyişikliklə Füzuli küçəsindən gələn sürücülər də sol tərəfə Səməd Vurğun küçəsi istiqamətində də dönməyə icazə verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: