Xəzər Xəbər

Türkiyəli boksçunun ürəyinin azərbaycanlı tələbəyə köçürülməsi ilə bağli YENİ XƏBƏR VİDEO

Veb TV | 20:40 • 2 Dekabr 2023
Türkiyəli boksçunun ürəyinin azərbaycanlı tələbəyə köçürülməsi ilə bağli YENİ XƏBƏR

Ağır qəzaya düşən türkiyəli idmançı ürəyi ilə azərbaycanlı gəncə həyat verib.

Xezerxeber.az xəbər verir ki, bir neçə gün əvvəl boks üzrə Türkiyə millisinin üzvü Görkem Kaynar ağır yol qəzası keçirib. 4 gün xəstəxanada qalan idmançının həyatını xilas etmək mümkün olmayıb. 24 yaşlı Görkem Kaynarın ürəyi azərbaycanlı tələbə Fərid Əzimliyə köçürülüb. 4 saat davam edən ürək köçürmə əməliyyatı Ağdəniz Universitetinin cərrahiyyə şöbəsində həyata keçirilib və uğurla başa çatıb.

Fəridin anası Almaz Əliyeva "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, övladının anadangəlmə ürək problemi olub. Onlar sonradan Fəridin müalicəsi üçün qardaş ölkəyə köçüblər. Anasının sözlərinə görə, Fərid 6 ildir süni ürəklə yaşayırmış.

Almaz Əliyeva bildirib ki, Görkem Kaynarın ürəyi onun valideynlərinin istəyi ilə övladına köçürülüb. İdmançının digər oqranları da ehtiyacı olanlara bağışlanıb. Almaz Əliyeva ömür boyu Görkem Kaynarin valideynlərinə minnətdar olacağını deyir.

Əməliyyatdan sonra Fərdi Əzimli özünü yaxşı hiss etdiyini deyir.

Fərid Əzimli bildirib ki, xəstəxanadan çıxandan sonra birbaşa Görkem Kaynarın yaşadığı ünvana gedərək onun valideynlərinə təşəkkür edəcək. Qeyd edək ki, Fəridi türkiyəli həkim Ömər Bayazit əməliyyat edib.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024