Xəzər Xəbər

Laçının işğaldan azad edilməsinin ildönümüdür FOTO/VİDEO

Veb TV | 20:24 • 1 Dekabr 2023
Laçının işğaldan azad edilməsinin ildönümüdür

Laçının işğaldan azad edilməsindən 3 il ötür.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.

Bir güllə atılmadan azad edilən Laçın rayonu bu gün artıq öz doğma sakinlərinə qucaq açıb.

Ordumuzun şücaəti, Ali Baş Komandanın qətiyyəti nəticəsində kapitulyasiya aktına imza atan Ermənsitan 3 il əvvəl məhz bu gün Laçını tərk etmək məcburiyyətində qaldı.

Laçın azad edilən kimi ilk hədəf keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması idi. Bu məqsədə çatmaq elə də çox zaman almadı.

Millət vəkili Mahir Abbaszadə bildirib ki, döyüş meydanında sərgilənən qətiyyət, iradə bərpa-quruculuq işlərində də davam etdirildi.

Rayonda bir sıra kəndlərin təməli qoyuldu. Bu siyahıya Güləbird, Şəlvə və Qorçu kəndləri daxildir. Rayonun nəqliyyat infrastrukturunun qurulması da diqqət mərkəzindədir. Bu baxımdan hava limanının inşası önəmli rol oynayır.

Laçına köçürülən insanlar yeni evlərlə təmin edilməklə yanaşı, onların məşğulluq məsələri təmin edilir.

Qarabağda istehsal fəaliyyəti üçün məşğul olanlara tətbiq edilən vergi və gömrük güzəştləri sahibkarlara əlverişli imkanlar açır. Bu, rayona yeni investisiyaların cəlb edilməsinə gətirib çıxaracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar