Azərbaycanda ekstrakorporal mayalanmanın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif edilir. Bu təklif reallaşarsa, sonsuz ailələr bu əməliyyatı tibbi sığorta hesabına etdirə biləcəklər.
Xezerxeber.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Salahova deyib ki, ekstrakorporal mayalanmanın icbari tibbi sığortanın Xidmətlər zərfinə salınması üçün "Reproduktiv sağlamlıq haqqında" qanun qəbul olunmalıdır. Onun sözlərinə görə, Xidmətlər zərfinə daxil edilən xidmətlər Nazirlər Kabinetinin qərarına əsasən müvafiq meyarlara uyğun olmalıdır.
Pərvin Salahova qeyd edib ki, xidmətlər toplusuna daxil olunan müraciətlər araşdırıldıqdan sonra təhlil aparılmalıdır.
Ekstrakorporal mayalanma ilə bağlı bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 53 müraciət daxil olub. Bu da ümumi müraciətlərin 0,5 %-ini təşkil edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: