Xəzər Xəbər

Bu il hədə - qorxu və şantaj yolu ilə pul tələb etmə ilə bağlı 97 cinayətin üstü açılıb VİDEO

Veb TV | 21:15 • 1 Dekabr 2023
Bu il hədə - qorxu və şantaj yolu ilə pul tələb etmə ilə bağlı 97 cinayətin üstü açılıb

Son vaxtlar hədə-qorxu və şantaj yolu ilə pul tələb etmə faktları tez-tez müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, hədə-qorxu ilə 1000 manatını aldığı vətəndaşdan yenə pul tələb edən daha bir şəxs polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi vətəndaşlara bununla bağlı müraciət də edib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvələr müxtəlif cinayətlərə görə həbs edilən həmin şəxs vətəndaşdan 9 min  manat alarkan tutulub və istintaqa cəlb edilib.

 Polis vətəndaşlara müraciət edir ki, son vaxtlar bəziləri bu üsulla vətəndaşları hədələyirlər və onların mərhələli şəkildə külli miqdarda pullarını mənimsəyirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyir ki, hədə-qorxu ilə pul tələb etmə faktlarına görə polisə  məlumatlar daxil olur. İlin əvvəlindən oktyabr ayına qədər 97 belə cinayətin üstü açılıb və həmin şəxslər məsuliyyətə cəlb ediliblər.

Nazirlik vətəndaşlara bir daha müraciət edir ki, belə halla üzləşdikdə, ərazi üzrə polis orqanlarına və yaxud da ''102'' xidmətinə müraciət etsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar