Sumqayıtdan-Bakı istiqamətində çəkilən avtobus zolağı effektli olduğu üçün, yolun əks istiqamətinə də xüsusi zolaq çəkilir.
Xezerxeber.az xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyi sərnişinlərin maneəsiz, vaxtında mənzil başına çatmaları üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından, Xırdalan dairəsi istiqamətində avtobus zolağının çəkilişinə başlayıb.
Avtobus sürücüləri deyir ki, yolun əks istiqamətində də zolağın çəkilməsinə ehtiyac var idi.
Agentliyin mətbuat katibi Tural Orucov bildirib ki, qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marsrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.
Ərazidə avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri və müvafiq yol nişanları quraşdırılandan sonra, qaydaları pozaraq həmin zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri inzibati qaydada 40 manat məbləğində cərimə olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: