Xəbər verdiyimiz kimi, Xankəndidə Qarabağ universitetində tədris gələn ilin sentyabrında başlayacaq.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev açıqlayıb. O, qeyd edib ki, ali məktəbdə ilkin olaraq 1000 tələbənin təhsil alması planlaşdırılır. Nazir artıq tanınmış alimlərin Qarabağ Universitetində işləmək üçün müraciət etdiklərini bildirib.
Emin Əmrullayev əlavə edib ki, qarabağ universitetinə yerli universitetlərlə ikili diplom proqramları çərçivəsində tələbə qəbulu aparılacaq. Ali təhsil müəssisəsində tədrisi nəzərdə tutulan ixtisaslar da məlumdur.
Nazir 2024-cü ildə hansı müəllimlərin sertifikatlaşdırmaya cəlb olunacağını açıqlayıb
O, məktəblərdə şagirdlər arasında qızılcaya yoluxmalardan da danışıb. Vurğulayıb ki, təhlükəli vəziyyət olsa, qapanmalara gedilə bilər. Onun sözlərinə görə hazırda mövcud vəziyyət tədqiq edilir
Emin Əmrullayev məktəblərdə şagird davranış qaydalarının tətbiqindən danışıb. Bildirib ki, hazırda layihə pilot şəklində 300 məktəbdə həyata keçirilir, bu sayın növbəti il üçün 500-ə çatdırılması planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: