Paytaxtda qızılca xəstəliyinə tutulan 4-cü sinif şagirdi dünyasını dəyişib.
Xezerxeber.az-ın xəbərinə görə, məktəbdə yayılmış xəstəliklə əlaqəli araşdırma aparan Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşı Natiq Ağayev bildirdi ki, dünyasını dəyişən şagird peyvənd olunmayıb. Hətta, valideynlərin çoxu peyvənddən imtina edir.
Məktəbdəki vəziyyət şagirdlərlə yanaşı valideynlərin də narahatlığına səbəb olub. Belə ki, valideynlər arasında məktəbin bağlanmasını istəyən də var, uşaqların peyvənlənmə prosedurundan narazı qalan da.
Məsələ ilə bağlı Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbin direktoru Laçın Hüseynli bildib ki, məktəbdə 5 gün ərzində 200-dən çox şagird qızılcaya yoluxub.
Gecə saatlarında isə qızılcaya yoluxan bir şagirdin dünyasını dəyişdiyi xəbəri yayılıb.
Məktəbin direktoru onu da qeyd edib ki, aidiyyəti üzrə bir neçə dəfə müraciət etsələr də, məktəbə tibb işçisi təyin olunmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: