''Bu gün erkən nikahların əksəriyyətini axundlar həyata keçirir''.
Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmə zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
İclasda həmçinin nikaha daxil olanların narkomaniya testindən keçməsi təklif edilib.
Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov isə bildirib ki, ailə qurmağa hazırlaşan gənclərin icbari qaydada müayinəyə cəlb edilməsi bir sıra xəstəliklərin artıq qarşısını almağa başlayıb.
Millət vəkili həmçinin əlavə edib ki, ana və uşaqların ölümünə səbəb olan bəzi xəstəliklər icbari sığortadan kənardadır. O, icbari sığorta zərfinin daha da genişləndirilməsini, onkoloji xəstəliklərin də sığorta ilə əhatə olunmasını təklif edib.
Dinləmədə həmçinin qeyd edilib ki, qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: