Əlilliyi olan şəxslər metrodan daha rahat istifadə edə biləcəklər. Bunun üçün iki yeni qurğu istifadəyə verilib.
Xezerxeber.az-ın məlumatına görə, TEMI qurğuları təkərli oturacaqların bütün stansiyalarda istifadəsi üçün nəzərdə tutulub.
Sankt-Peterburq metrosunda istismar olunan bu qurğular modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib.
Avadanlığın öz çəkisi 45 kq-dır. Lakin sərnişinlə birlikdə çəkisi 115 kq-a qədər olan təkərli oturacaqları və digər daşıma qurğularının istifadəsi üçün nəzərdə tutulub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sərnişinlər əvvəlcədən zəng edərək bu qurğunu sifariş edə bilirlər.
Mətbuat xidmətinin rəhbəri onu da deyib ki, hələlik Bakı metropoliteninin köhnə stansiyalarında liftlərin quraşdırılması texniki cəhətdən mümkün deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: