Xəzər Xəbər

Səkkizinci sinifdə oxuyur, amma adı jurnala yazılmayıb - İDDİA və RƏSMİ CAVAB FOTO/VİDEO

Veb TV | 19:50 • 29 Noyabr 2023
Səkkizinci sinifdə oxuyur, amma adı jurnala yazılmayıb - İDDİA və RƏSMİ CAVAB

Gədəbəydə 8-ci sinif şagirdinə növbəti tədris ilindən məktəbə  gələ  bilməyəcəyi deyilib. Şagirdin valideyni iddia edir ki, məktəbin  direktoru 8  il uşağı xəlvət oxudaraq, adını jurnala yazmayıb.

Məktəbə yeni  direktor təyin ediləndən sonra isə vəziyyətin fərqli olduğu  anlaşılıb.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən məsələdə valideyn  məktəbi,  məktəb isə valideyini  ittiham  edir.

Gədəbəy rayonunun Şahdağ kənd  sakini  Mehparə Abdullayeva  iddia  edir ki,  8-ci sinif şagirdi  olan qızı bu günə kimi orta  məktəbdə oxusa da, adı qeydiyyata  salınmayıb.

Məktəbdən ailəyə bildirilib ki, şagirdin təhsili bu təhsil ili yekunlaşacaq. Digər  siniflərdə  o  təhsilinə  davam edə  bilməyəcək.

Şahdağ kənd orta məktəbinin direktoru Rəşad Mirzəyev bildirilib ki, sözügedən şagird üçün orta məktəbin birinci sinifinə vaxtından gec müraciət  edilib. Mövcud  qaydalara görə,  uşaq 8 yaşından sonra  müraciət  etdiyindən o  fərdi təhsilə  cəlb  edilib.

Valideyn iddia edir ki, onun övladına bu müdddət  ərzində fərdi qaydada  yox, digər şagirdlərlə birgə dərs  keçilib. Məktəb rəhbərliyi bu  fikirlərin əsassız  olduğunu bildirib.

Məsələyə Qazax-Tovuz Regional Təhsil İdarəsi də  münasibət  bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024