Bakının Azərbaycan prospektində bir neçə ildir ki, səkinin üzərində yerləşdirilən köşkün fəaliyyəti dayandırılıb.
Xezerxeber.az-ın məlumatına görə, həmin köşk neçə ildir ki, burada fəaliyyət göstərirdi. Lakin görüntülər sosial şəbəkələrdə yayılandan sonra bu məsələ gündəmə gəlib.
Köşk səkinin üzərində qoyulduğundan piyadalar hərəkət etməkdə çətinlik çəkirlər. Bəziləri zorla keçir, bəziləri isə oradakı dayanacağın arxası ilə hərəkət etməyə məcbur olurlar.
Çəkiliş qrupumuz ərazidə olanda artıq köşkün fəaliyyəti dayandırılmışdı. Aiddiyyəti qurumdan isə bildirildi ki, yaxın günlərdə köşk ərazidən götürüləcək.
Qeyd edək ki, şəhərsalma norma və qaydalarına görə, səkilərin üzərində piyadaların hərəkətinə maneə yaradan heç bir tikili olmamalıdır. Səkilərdə sadəcə yol nişanları və işıq dirəkləri quraşdırıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: