İctimai nəqliyyatın hərəkətini optimallaşdırmaq məqsədilə yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Xezerxeber.az-ın məlumatına görə, gündəlik təxminən 50 min sərnişinin daşındığı 4 xətt üzrə avtobusların yolu 1,3 kilometr qısaldılıb.
Yerüstü Nəqliyyat Agentliyinin şöbə müdiri Tərlan Səfərov deyib ki, ərazidə təhlillər aparılıb və ictimai nəqliyyatın rahat hərəkətini təmin etmək məqsədilə dəyişiklik edilib.
Yolda əlilliyi olan şəxslər üçün panduslarla təchiz edilən piyada keçidləri təşkil olunub. Yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, həmin ərazidən 4 marşurut xətti üzrə - 7A, 7B, 11 və 93 nömrəli avtobuslar hərəkət edir.
Dəyişiklik edilən yolda düzünə yalnız avtobusların hərəkətinə icazə verilir.
Ərazidə yol polisi də nəzarəti artırıb və düzünə hərəkət edən digər sürücülər cərimə edilirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: