Ötən gündən etibarən Şimal bölgəsində hava şəraiti kəsik dəyişib. Dağlıq ərazilərə qar yağıb.
Xezerxeber.az-ın xəbərinə görə, Qubanın Qrız, Xınalıq, Aydınkənd, Buduq, Qusarın Laza və Xızının Altıağac yaşayış məntəqələrində qarın qalınlığı 14 sm olub. Ən aşağı temperatur -8 dərəcə olmaqla rayonun Xınalıq kəndində müşahidə edilib.
Şamaxı rayonunun dağlıq kəndlərinə də ilk qar yağıb. Qar yerli sakinlərlə yanaşı, rayona gələn turistlərin də sevincinə səbəb olub.
Ən çox qar rayonun Zarad Xeybəri, Səfalı, Dəmirçi, Ərçiman, Qızmayedan, Qəleybuğurd və Pirbəhli kəndlərinə düşüb. Bu ərazilərdə qarın qalınlığı 10 santimetrdən artıq olub. Çuxuryud-Nağaraxana-Pirqulu istiqamətində yol açıq olsa da, Dəmirçi-Lahıc istiqamətində buzlaşma və qatı duman müsahidə edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: