Yolda aparılan təmir və ya qəza səbəbindən yaranan sıxlığa görə bəzən sürücülər saatlarla tıxacda qalırlar.
Xezerxeber.az-ın xəbərinə görə, bunun qarşısını vaxtında almaq üçün Nəqliyyatı İntellektual İdaretəmə Mərkəzi 3D ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlayıb.
Hazırlanan xəritədə bütün yolların, zolaqların, yol nişanları və işıqforların, körpü və tunellərin, ünvan məlumatlarının əks olunması, həmçinin onların asanlıqla yenilənmə imkanının yaradılması nəzərdə tutulub. Sürücülər də yaradılacaq tətbiq vasitəsi ilə aidiyyəti quruma kömək də edə biləcəklər.
Gələcəkdə tətbiq vasitəsilə vətəndaşların videomüşahidə kameraları vasitəsilə yollardakı vəziyyətə real vaxt rejimində baxış keçirə bilməsi də mümkün olacaq. Ümumilikdə mobil tətbiqin gələn il ərzində istismara verilməsi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: