Azərbaycanda hərbçilərin pensiya yaşı artırılır. Məqsəd Hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etməkdir. Bununla bağlı milli məclisə yeni qanun layihəsi daxil olub.
Xezerxeber.az-ın xəbərinə görə, hərbi ekspert Üzeyr Cəfərov deyir ki, təklifə əsasən, həm də hərbçilər üçün minimum xidmətkeçmə tələbi artırılır.
Minimum xidmət müddətinə görə qulluq əlavəsi faizinin də 50-dən, 65 faizə qaldırılması təklif edilir.
Layihədə həmçinin dövlət hesabına təhsil alan hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşib. Dəyişikliklə zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək.
Hərbçilərin həmçinin mülki təhsil müəssisələrində təhsil alması da mümkün olacaq. Bu məsələ "Hərbi qulluqçuların statusu haqqında" qanununa təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Ekspert deyir ki, hərbi qulluqçulara mülkü təhsil müəssisələrində təhsil almaq imkanının verilməsi olduqca sevindirici haldır.
Üzeyr Cəfərov deyir ki, xüsusilə qarabağ məsələsi həllini tapdıqdan sonra hərbi qanunlarda dəyşikliklər mütləq edilməli idi. Əgər təklif edilən dəyşikliklər qəbul edilərsə, növbəti ildən qüvvəyə minməsi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış daha ətraflı videomaterialı təqdim edir: