Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Antoni Blinken prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçısı ona köməkçisi Ceyms O'Braynın səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Prezident İlham Əliyev Birləşmiş Ştatların Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salmasından sonra Azərbaycanın da öz növbəsində ABŞ-yə olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.
Blinken isə münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini prezident İlham Əliyevdən xahiş edib. Dövlət başçısı bu təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Təbii ki, dövlət katibi Blinken bunu qəbul edib.
Telefon danışığının üzərindən çox keçmədi ki, Blinkenin köməkçisi Ceyms O Brayn jurnalistlərə açıqlama verdi. O açıqlamasında "ABŞ regiona fayda üçün real imkan görür. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistandan Türkiyəyə keçsə, bu, ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq" deyə qeyd etdi. Elə bil bu Brayn Azərbaycanla təhdidlə danışan O Brayn deyil.
Beynəlxalq münasibətlər üzrə ekspert Eldar Cəfərov deyir ki, bu regionda olmaq ABŞ üçün önəmlidir. Azərbaycanla əlaqələrin davam etməsi də məhz Birləşmiş Ştatların regional maraqları üçün əhəmiyyətlidir. Elə bu səbəbdən də ABŞ Azərbaycanla münasibətlərini normallaşdırmağa çalışır.
1 həftə əvvəl Azərvbaycana təzyiq etməyə çalışan Amerika Birləşmiş Ştatlarının öz mövqeyindən geri çəkilməsi onun ənənəvi siyasətinə geri dönüşüdür. Amerikalılar demiş "business as usual". Yəni, həmişəki kimi iş...
ABŞ anladı ki, Azərbaycanın qəti mövqeyi mütləq şəkildə qəbul edilməlidir. Regionda baş verən məsələlər region daxilində həll edilməli və Ermənistan da sülh müqvaviləsini Azərbaycanın irəli sürdüyü şərtlərlə imzalamalıdır.
Ermənistanla sülh müqaviləsi imzalansa da, imzalanmasa da, Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrə önəm verməlidir. İlk növbədə elə öz maraqları naminə. Çünki Azərbaycan Ermənistan kimi hansısa ağaya xidmət edən dövlət deyil, Cənubi Qafqazın özü-özünü təmin edən, müstəqil və balanslı siyasət yürüdən ən güclü dövlətidir.
Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış daha ətraflı videomaterialı təqdim edir: