Xəzər Xəbər

Gəncədə qardaş bacısını "İnstagram"a görə öldürüb VİDEO

Veb TV | 21:50 • 27 Noyabr 2023
Gəncədə qardaş bacısını "İnstagram"a görə öldürüb

Gəncə şəhərində qardaş bacısını "İnstagram"a görə öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Gəncə şəhərinin Şahsevənlər küçəsində yerləşən evdə qeydə alınıb.

Gecə saatlarında Gəncə şəhər sakini 21 yaşlı Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 22 yaşlı Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.  

Qonşuların sözlərinə görə, ailə üzvləri arasında daha əvvəllər dava-dalaşın olması müşahidə edilməyib.

Qeyd edək ki, qardaş və bacı arasında mübahisənin qızın "Instagram" sosial şəbəkəsindən istifadə etməsinə görə başladığı bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024