Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb.
Xezerxeber.az bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda Türkiyədən gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib. Bu zaman nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan olunmamış 18 karton qutudan 147 adda külli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.