Xəzər Xəbər

Türk dünyasının böyük alimləri Xəzər TV-də olublar VİDEO

Veb TV | 22:11 • 26 Noyabr 2023
Türk dünyasının böyük alimləri Xəzər TV-də olublar

Türk dünyasının böyük alimləri, məşhur Prinston, Oksford, Kembric və Vyana universitetlərinin professoru İlber Ortaylı və Amerika Milli Elmlər Akademiyası, ABŞ Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvü, professor Celal Şengör bu gün Xəzər Media Mərkəzinin qonağı olub.

Əvvəlcə Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşovla görüşən məşhur alimlər Bakıda xüsusi qonaqpərvərliklə qarşılandıqlarını deyiblər.

Səmimi ab-havada keçən görüşün sonunda Murad Dadaşov üzərində Şuşa qalasının əks olunduğu xatirə hədiyyəsini qonaqlara təqdim edib.

Daha sonra İlber Ortaylı və Celal Şengör “Xəbər ertəsi” verilişinin qonağı olub. Onların müsahibəsi noyabrın 27-si səhər saat 07:30-dan etibarən efirə gedəcək “Xəbər ertəsi” verilişində yayımlanacaq.

Xəbər lenti