Xəzər Xəbər

Azərbaycana pul köçürmələri kəskin azalıb VİDEO

Veb TV | 20:58 • 26 Noyabr 2023
Azərbaycana pul köçürmələri kəskin azalıb

Rublun ucuzlaşması Azərbaycan bazarına da təsir edir.

Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsi ilə ölkə banklarına daxil olan vəsaitin həcmi 2 milyard 76.4 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 847.9 milyon manat və ya 58% azdır.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Elşad Məmmədov deyib ki, pul köçürmələrindəki azalmanın səbəbi rus rublunun kəskin ucuzlaşmasıdır.

Hazırda 1000 rubl 19 manat 30 qəpik təşkil edir. Bu rəqəm rublun nə qədər dəyər itirdiyini göstərir.

İqtisadçı bildirib ki, pul köçürmələrinin azalması daxili bazarda alıcılıq qabiliyyətinə xeyli təsir göstərib.

Beynəlxalq ekspertlər isə rublun daha da ucuzlaşacağı qənaətindədirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar