Xəzər Xəbər

Sumqayıtda bəzi yaşayış binaları sökülür FOTO/VİDEO

Veb TV | 19:34 • 25 Noyabr 2023
Sumqayıtda bəzi yaşayış binaları sökülür

Sumqayıtda istismar müddətini başa vurmuş yataqxanalar sökülür.

Bu işlər şəhərin 3 müxtəlif ərazisində həyata keçirilir.

 Xezerxeber.az-ın məlumatına görə, yataqxanalarla bağlı aidiyyəti qurumlar tərəfindən yoxlamalar aparılıb və binaların istismar müddətini tam başa vurduğu bildirilib. Ona görə də təhlükəsizlik tədbirləri görülməklə yataqxanaların sökülməsi işlərinə başlanılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Rövşən Fərəcov “Xəzər Xəbər”ə bildirib ki, söküntü işlərinə noyabr ayından qərar verilib. Söküntü olan yataqxanalarda olan ailələrə kompensasiya verilərək köçürülüb.

O da bildirilib ki, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, müxtəlif növ ağaclar əkiləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti