Xəzər Xəbər

Mənzil alarkən diqqətli olun! XƏBƏRDARLIQ/FOTO/VİDEO

Veb TV | 19:50 • 25 Noyabr 2023
Mənzil alarkən diqqətli olun!

''Tikintisi davam etdirilən və ya istismarına icazə verilməyən binalardan mənzil almaq istəyən vətəndaşlar hüquq və öhdəliklərinə yaxından bələd olmalıdırlar''.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qurumun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, çoxmərtəbəli binalardan ev alarkən aldanmamaq üçün  media və sosial şəbəkələrdə araşdırma aparmaqla tikinti şirkəti haqqında formalaşmış ictimai rəy öyrənilməlidir. Bundan başqa,  alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etmək də bu riski minimuma endirmiş olur.

Kənan Zeynalov bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşən Tikintilərin Dövlət Reyestri bölməsində yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlamaq vacib addımlardan biridir.

Qurum rəsmisi əlavə edib ki, eyni mənzilin bir neçə nəfərə satılması və ya tikinti layihələrinin tamamlanmaması halları ilə bağlı 100 dən artıq vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti