Xəzər Xəbər

Gələn il havanın temperaturu normadan yüksək, yağıntı isə çox olacaq VİDEO

Veb TV | 20:45 • 25 Noyabr 2023
Gələn il havanın temperaturu normadan yüksək, yağıntı isə çox olacaq

Gələn il havanın orta aylıq temperaturu iqlim normasından 1-2 dərəcə yüksək olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu baradə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hıdrometeorogiya Xidməti məlumat yayıb.

Milli Hıdrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudov 2024 -ci ilin yanvar-fevral aylarında ölkəmizdə gözlənilən hava şəraiti haqqında da danışıb.

O qeyd edib ki, sözügedən aylarda yağıntının miqdarının normadan br qədər artıq olacağı proqnozlaşdırılır.

O həmçinin əlavə edib ki, dekabrda yağıntının miqdarı əksər rayonlarda normaya yaxın olsa da, bəzi dağlıq və dağətəyi rayonlarda normadan bir qədər yüksək olacağı gözlənilir.

Havanın əksər günlərdə müalyim keçəcəyi proqnozlaşdırılır.

Xidmət rəisi  onu da bildirib ki, dünya regional iqlim mərkəzləri tərəfindən bir neçə ay öncədən verilən proqnozların özünü doğrultma faizi çox da yüksək olmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti