Xəzər Xəbər

Smart kart abunəçisi olsa da “Azərişıq"dan BORC SMS-i GƏLDİ VİDEO

Veb TV | 20:54 • 24 Noyabr 2023
Smart kart abunəçisi olsa da “Azərişıq"dan BORC SMS-i GƏLDİ

Smart kart sayğacına görə əvvəlcədən ödəniş etsələr də, sonradan telefonlarına borc SMS-i gəlib.

Xezerxeber.az xəbər verir ki, hadisə Yevlax rayonun Xanabad kənd sakinlərinin başına gəlib.

Smart kart sayğacları olan abonentlərə - Ülvi Məmmədova 82 manat, İlqar Məmmədova isə 37 manat borcu olması  haqqında Azərişıq tərəfindən SMS göndərilib.

Sakinlər bildirib ki, smart kart sayğaclar Xanabadda təxminən 3 il əvvəl quraşdırılıb. Borc bildirişi alan İlqar Məmmədovun smart kart sayğacı isə təxminən 6 ay öncə qoyulub. 

Ülvi Məmmədova  isə bu ay ərzində  2 dəfə sms bildirişi göndərilib. Amma abonentin sayğacının üzərində hazırda  10 manat 25 qəpik istifadə olunmayan pul olduğu görünür.

Azərişıq ASC-nin  Yevlax Elektrik Şəbəkəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Xanabad kənd sakinlərinin smart kartla işləyən sayğaclarının tarifi dəyişməyib, onlar 1 kilovat üçün köhnə qiymətlə 7 qəpik ödəyiblər, poçtda ödəniş edərkən köhnə tarifdə qalıb.

"Amma istifadə edilən enerji yeni qiymətlərlə 8-9 və 13 qəpiklə hesablanıb. Poçtla mütamadi ödəniş edən abonentlərdə hər hansı borc olduğu da görünməyib.Digər ödəmə terminallarında  ödənişlər olduqda yeni tariflər kartda bərpa olunur. Hazırda yaranan borclar qiymət dəyişikliyindən sonra qalan qəpiklərin fərqidir",- deyə bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar