Xəzər Xəbər

Bölgələrdə ağır qəzalar SƏNGİMƏK BİLMİR VİDEO

Veb TV | 22:30 • 24 Noyabr 2023
Bölgələrdə ağır qəzalar SƏNGİMƏK BİLMİR

Neftçalada motosikletdən yıxılan şəxs ölüb

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb. ehtimal edilir ki, motosikletçi hərəkət zamanı qəfil əyləci basıb və yük yerində olan 65 yaşlı Nurəddin Nəcəfov asfalta çırpılıb. Nəticədə müxtəlif dərəcəli ağır xəsarətlər alan sərnişin ölüb. Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda da ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Tircan kəndi ərazisində yaşanıb. Mikroavtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Rəsul Şirinov, eləcə də sərnişin qismində səyahət edən 5 Hindistan vətəndaşı yaralanıb. Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar