Xəzər Xəbər

Bərdədə yas mərasimində faciə baş verib FOTO/VİDEO

Veb TV | 20:31 • 23 Noyabr 2023
Bərdədə yas mərasimində faciə baş verib

Bərdədə yas mərasimində döşəmənin çökməsi 1 nəfərin ölümü, 26 nəfərin xəsarət alması ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə Bərdənin Yenidaşkənd kəndində baş verib.

Yas mərasiminə gələn qadınlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Ağırlığa dözməyən döşəmə də qəfildən çöküb.

Hadisə zamanı xəsarət alan 65 yaşlı Sarıtel Məmmədova dünyasını dəyişib. 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti