Xəzər Xəbər

Sahibkarlara böyük məbləğdə ziyanın dəyməsi sığorta məsələsini aktuallaşdırıb VİDEO

Veb TV | 21:00 • 23 Noyabr 2023
Sahibkarlara böyük məbləğdə ziyanın dəyməsi sığorta məsələsini aktuallaşdırıb

Bakının “Taxta bazarı”nda baş verən yanğına görə sahibkarlara sığorta ödənişi edilməyəcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib.

Qeyd olunub ki, Bakının Dərnəgül qəsəbəsində yerləşən və "Taxta bazarı" kimi tanınan inşaat materialları bazarında yanmış əmlaklar sığortalı olmayıb. Bu hal bir daha xüsusilə inşaat materialları satılan bazarlarda sığorta məsələsini aktuallaşdırıb.

Sığorta eksperti Vüsal Bədəlov isə bəzi sahibkarların sığorta məsələsiə biganə olmalarının səbəblərini açıqlayıb. O bildirib ki, orada olan obyektlərin icbari sığortası olmalı idi. Çünkü qanunvericiliyə əsasən əmlakın sığortalanması icbari hesab edilir. Üstəlik, həmin əmlakların icbari sığortası elə də baha deyil. Əmlakın dəyərindən asılı olaraq sığorta haqları əsasən cəmi 70-150 manat arasında dəyişir.

Bundan başqa, sahibkarlar könüllü olaraq satdıqları mal-materialları da sığorta etdirə bilərdilər. Əgər həmin mal-materiallar könüllü sığorta edilsəydi, baş verən yanğından sonra dəyən zərər təmin ediləcəkdi. Könüllü sığorta qiymətləri də materialın dəyərinə görə dəyişə bilər.

Vüsal Bədəlov onu da bildirib ki, artıq son bir neçə ildir ki, sığorta şirkətləri əmlakın icbari və könüllü sığortasına ciddi maraq göstərir. Xüsusilə əmlakın könüllü sığortası ilə bağlı bir neçə təkliflər də hazırlanıb və sahibkarlara təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti