Xəzər Xəbər

Qarabağın yenidən qurulmasına ayrılan vəsait artırılır VİDEO

Veb TV | 23:12 • 23 Noyabr 2023
Qarabağın yenidən qurulmasına ayrılan vəsait artırılır

Qarabağın yenidən qurulmasına ayrılan vəsait 9 milyard dolları ötəcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu SPECA Rəhbər Şurasının 18-ci iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir əlavə edib ki, Azərbaycan Qırğızıstan və Özbəkistanla İnvestisiya Fondu yaradıb.

“Bakı digər SPECA ölkələri ilə sərmayə fondlarının yaradılmasına hazırdır”, - deyə nazir bildirib.

Mikayıl Cabbarov həmçinin deyib ki, bu ilin yanvar-sentyabr aylarında "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Son 1 ildə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində artım qeydə alınıb. Bu artım nəqliyyat-logistika sahəsində, tranzit daşımalarında da qeydə alınıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və əks istiqamətdə yüklərin qısa müddətdə çatdırılmasına imkan yaradır ki, bu da daşımalara təsir göstərib.

Mikayıl Cabbarov Azərbaycanın xarici borcunun azaldığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı olan - SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti