Xəzər Xəbər

Qohumların mübahisəsi qətllə nəticələndi FOTO/VİDEO

Veb TV | 19:50 • 23 Noyabr 2023
Qohumların mübahisəsi qətllə nəticələndi

Qazaxda bir neçə gün əvvəl xalauşaqları arasında düşən mübahisə qanla bitib.

Xezerxeber.az-ın məlumatına görə, dünən axşam saatlarında 28 yaşlı Kənan Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə Qazax Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 31 yaşlı Rəşad Məhərrəmovun rayonun Qazaxbəyli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Kənan Cəfərova bıçaqla bir neçə dəfə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İddialara görə, mübahisəyə səbəb Kənan Qəfərovun Rəşad Məhərrəmovun ünvanına nalayiq ifadələr işlətməsi olub.

Faktla bağlı cinayət işi başlanıb.

Rəşad Məhərrəmov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti