Xəzər Xəbər

Yağış suları Zabrat sakinlərini çətin vəziyyətə salıb VİDEO

Veb TV | 21:25 • 22 Noyabr 2023
Yağış suları Zabrat sakinlərini çətin vəziyyətə salıb

Paytaxtın Zabrat 1 qəsəbəsində "kərpic zavodu" adlanan ərazidə yağış suları ərazidəki yolları keçilməz hala salıb.

Xezerxeber.az xəbər verir ki, son yağıntlar nəticəsidə nəinki küçələrdə, hətta həyətlərdə də gölməçələr əmələ gəlib.

Sakinlər bildirir ki, yağıntının çox düşdüyü günlərdə hətta su mənzillərin döşəmələrinə qədər qalxır. 

Qəsəbəyə sərnişin daşıyan marşut avtobusları da bu məhəllədən çətinliklə keçir.   

“Xəzər Xəbər” məsələ ilə bağlı aidiyyəti quruma məlumat verdikdən sonra qısa müddət ərzində məhəllədəki yağış suları qəza briqadasının köməyi ilə xüsusi nasoslar vasitəsi ilə kənarlaşdırılıb.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə "Xəzər Xəbər"ə bildirdi ki, mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından bu cür bir neçə ünvanda yağış sularının hər hansı bir istiqamətdə axıdılmasında çətinliklər yaranıb.

Baş plana əsasən Bakıətrafı ərazilərdə də kanalizasiya infrastrukturunun mərhələlərlə qurulması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar