Xəzər Xəbər

Sağlamlığa görə pensiya alan gənc qız 18 yaşında bu hüquqdan MƏHRUM OLDU VİDEO

Veb TV | 20:55 • 22 Noyabr 2023
Sağlamlığa görə pensiya alan gənc qız 18 yaşında bu hüquqdan MƏHRUM OLDU

Binəqədi rayonu, Xocasən qəsəbə sakini Aydan Əliyeva  18 ildir uşaq serebral iflici, ağır dərəcəli əqli gerilik və epilepsiya xəstəliklərindən əziyyət çəkir.

Xezerxeber.az xəbər verir ki, 18 yaşına qədər sağlamlıq imkanları məhdud şəxs kimi sosial müavinət alıb.

Anası Narxanım Əliyeva deyir ki, 18 yaşı tamamlandıqdan sonra pensiyası kəsilib.

Narxanım Əliyeva qeyd edir ki, həkim komissiyalarından keçdikdən sonra sadalanan xəstəliklər təsdiqlənib. Bütün sənədlər Dövlət Tibbi Sosial Ekspertiza Agentliyinə təqdim olunub.

Sözügedən məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildi ki, Bakı şəhər sakini Aydan Əliyeva Adil qızı Agentliyin həkim-ekspertləri tərəfindən əyani müayinə edilib. Onun əzələ gücü tam, hərəkətlər ümumilikdə sərbəst, əqli gerilik səviyyəsi orta dərəcəli izlənilib, verilən sadə tapşırıqları və sualları tam anlayaraq düzgün icra edib.

Qeyd olunan nitq qabiliyyətinin itirilməsi və istəmsiz qeyri-iradi hərəkətləri də nəzərə alınaraq Aydana orqanizmin funksiyalarının 70% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti