Xəzər Xəbər

De Byazi getdi FÖVQƏLADƏ İCLASDAN VİDEOGÖRÜNTÜLƏR

Veb TV | 12:50 • 22 Noyabr 2023
De Byazi getdi

Məlumat verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə müqavilənin müddəti uzadılmayacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasında qərar verilib. 

Bu gün keçirilən fövqəladə iclasda italiyalı futbol mütəxəssisin hesabatını dinləyən Komitə onun gələcək taleyini müzakirə edib. De Byazinin fəaliyyətini qənaətbəxş saymayan AFFA onunla müqaviləni uzatmamağa üstünlük verib.

Qeyd edək ki, De Byazi 2020-ci ilin iyulundan millimizi çalışdırırdı.

Xezerxeber.az AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasından görüntüləri və mövzu ilə bağlı hazırlanmış videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar