Bu ilin on ayında polis əməkdaşları tərəfindən 4 ton 229 kiloqram narkotik maddə dövriyyədən çıxarılıb.
Xezerxeber.az-ın məlumatına görə, narkotik maddələr həm Bakıda, həm də bölgələrdə keçirlən əməliyyatlarla aşkar edilib.
Bunun 364 kiloqramı psixotrop madddə olub. Bunun “qara bazar”da dəyəri 60 milyon manatdan çoxdur.
Bu cinayət əməllərinə görə 6 min 952 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 3 min 310 nəfəri həbs edilib, qalanları barəsində isə digər qətiimkan tədbirləri görülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: