Abituriyentlər Dövlət Məşğulluq Agentliyinin istifadəyə verdiyi “Məzunların məşğulluq reytinqi" platformasında universitetlərlə ilə bağlı bütün məlumatları əldə edə biləcəklər.
Xezerxeber.az-ın məlumatına görə, ali məktəblərə qəbul balları açıqlandıqdan sonra abituriyent və onların valideynlərini toplanan bala uyğun hansı universiteti və hansı ixtisası seçmək düşündürür. Çünki tələbənin ali məktəbi bitirdikdən sonra işlə təmin olunması da önəmlidir.
Ona görə də Dövlət Məşğulluq Agentliyinin istifadəyə verdiyi yeni platforma bu mərhələdə abituriyentlərin köməyinə çatacaq.
Hazırda cəmi 11 universitet bu platformada qeydiyyatdan keçib. Sistem 2021-ci ilin məzunları ilə bağlı nəticələri göstərir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: