"Ermənistan sülh naminə çalışmaq əvəzinə, hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır".
Xezerxeber.az-ın məlumatına görə, bu fikirlər Milli Məclisdə ABŞ Senatının qəbul etdiyi sənədin müzakirəsi zamanı səsləndirilib.
Həmin sənədin ermənilərin müdafiə aktı olduğunu vurğulayan millət vəkilləri bildiriblər ki, Ermənistan Azərbaycana qarşı kampaniyada bütün imkan və platformalardan istifadə edir.
Bu arada, Milli Məclis ABŞ Senatının erməniləri müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.
Milli Məclisin iclasında həmçinin "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və bərpa tədbirlərinə dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Bununla yanaşı, büdcənin əlavə gəlirləri və qənaətləri səfərbər edilməklə 11 milyard manatdan çox vəsait xərclənib. Bu ilin sonunda isə bu xərclərin 12 milyard manata çatması gözlənilir.
Büdcə zərfinin müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədovun sosial müavinətlər və işsizliklə bağlı iradlarına Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev kəskin reaksiya verib.
2024-cü ilin dövlət büdcəsi səsverməyə çıxarılaraq 2-ci oxunuşda qəbul olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: