Bu ilin 9 ayı ərzində ölkə ərazisində avtobus və mikroavtobusların iştiraki ilə 1806 yol-nəqliyyat hadisəsi baş verib. Avtobus sürücülərinin təqsiri ucbatindan 17 nəfər dünyasını dəyişib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayib. Bildirilib ki, qəzaya səbəb olan avtobus və mikroavtobusların əksəriyyəti köhnə və istismara yararsız olub.
Xezerxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elvin Hacıyev deyib ki, son vaxtlar avtobus və mikroavtobus sürücülərinin tez-tez yol-nəqliyyat hadisələri törətdikləri müşahidə edilir. Köhnə və texniki-təhlükəsizlik baxımından yararsız olan nəqliyyat vasitələri ilə törədilmiş hadisələr daha çoxdur.
Elvin Hacıyev vurğulayıb ki, araşdırmalar zamanı qeyri-qanuni yollarla texniki baxışdan yayındırılan, nasaz halda istismar edilən avtobusların əsasən mərkəzdən kənarda, Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərdiyi müəyyən edilib.
Onun sözlərinə görə, texniki standartlara cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan nəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti aşkarlanarsa, buna cavabdeh olan hüquqi və fiziki şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: