Bakıda beşmərtəbəli binanın zirzəmisi çirkabla dolub.
Xezerxeber.az-ın məlumatına görə, Binəqədi rayonunda onlarla ailənin məskunlaşdığı binada üfunətdən yaşamaq mükşkülə çevrilib. Sakinlər binanin çökəcəyindən ehtiyat edirlər.
Ərazidə kanalizasiya xətləri partlayıb, üstəlk 3-4 ildir ki, çırkab sular zirzəmilərə dolur.
Belə bir iddia ilə çıxış edən paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsinin sakinləri "Xəzər Xəbər"ə müraciət ediblər. Onların sözlərinə görə, binanın zirzəmisinə
çırkab sular dolduğundan ərazini üfunət bürüyüb.
Sakinlər üzləşdikləri problemin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.
Sakinlər yaşı 70 -i ötmüş binanın bu səbəbədən çökəcəyindən narahatdılar.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən beşmərtəbəli yaşayış binası yataqxana tipli binadır. Binəqədi rayon Sukanal idarəsi ərazidə manitorinq aparıb. Həmin ərazidə vaxtilə mövcud olan köhnə su xəttindən sızmalar qeydə alınb. Həmin su xətti ləğv olunub. Qazılmış ərazidə məhz həmin xəttin keçdiyi yerdir.
Bu gün qəza briqadası əraziyə yenidən baş çəkib, zirzəmiyə heç bir axıntının olmadığı müəyyən olunub.
Anar Cəbrayıllı qeyd edib ki, tezliklə ərazi əvvəlki vəziyyətə qaytarılacaq. Zirzəmiyə toplanmış sular isə nasoslarla kənarlaşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: