Xəzər Xəbər

Bəzi yollarda beton arakəsmələr düzgün quraşdırılmayıb - İDDİA və RƏSMİ CAVAB FOTO/VİDEO

Veb TV | 20:33 • 21 Noyabr 2023
Bəzi yollarda beton arakəsmələr düzgün quraşdırılmayıb - İDDİA və RƏSMİ CAVAB

Ölkə ərazisindəki bəzi yollarda beton arakəsmələr düzgün quraşdırılmayıb. Bu da avtoqəza zamanı ölüm riskini daha da artırır.

Xezerxeber.az-ın məlumatına görə, bu iddianı nəqliyyat ekspertləri səsləndirirlər.

Ekspertlərin sözlərinə görə, "Nyucersi baryeri" adlanan bu beton arakəsmələrin məqsədi avtomobilin əks istiqamətli digər yola keçməsinin qarşısını almaq, eləcə də qəza zamanı ölüm riskini azaltmaqdır.

Nəliyyat eksperti Rauf Ağamirzəyev deyir ki, onların düzgün düzülüş qaydası ara məsafəsi olmadan, yəni bitişik halda olandır. Azərbaycanda isə bu beton sədlər məsafəli düzüldüyündən qəza zamanı nəqliyyat vasitəsi həmin boşluqlara ilişir və qəzanın şiddəti artır.

Rauf Ağamirzəyev bildirir ki, ümumiyyətlə, yollarda ölüm hallarını azaltmaq üçün dünyada müxtəlif konsepsiyalar var. Məqsəd həm piyadanın, həm də sürücünün ölümcül xəsarət almadan qəzadan xilas olmasıdır.

Sözügedən beton arakəsmələrin hansı səbəbdən boşluqlarla düzüldüyünü öyrənmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, həmin beton arakəsmələr bütün yollarda məsafəli quraşdırılmayıb. Ancaq sürət həddi az olan yollardadır ki, bu da həm qanunidir, həm də heç bir təhlükə yaratmır. Bu cür yollarda sürücülər sürət həddinə riayət etsələr, həmin məneələr də heç bir ölüm riski yaratmaz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024