Son vaxtlar ''Toyota Prius” markalı avtomobillərin iştirakı baş verən qəzaların sayı artıb.
Xezerxeber.az-ın məlumatına görə, ''Prius''un iştirakı ilə növbəti qəza bu günlərdə baş verib.
Zolağı dəyişərək sağa dönən ''Prius''un sürücüsü ağır qəzaya səbəb olub.
Yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Füzuli və Mərdanov qardaşları küçələrinin kəsişməsində ''Toyota Prius'' və ''Range Rover'' markalı avtomobillər toqquşub.
Qəza anı yaxınlıqdakı obyekin təhlükəsizlik kamerasına da düşüb.
Görüntüləri izləyən yol hərəkəti qaydaları üzrə ekspert Aslan Əsədov deyir ki, qayda pozuntusuna səbəb olan ''Prius'' markalı avtomobilin sürücüsüdür. Sürücü diqqətsizlik edir və hərəkət zamanı anidən sağa dönmək qərarına gəlir.
Ekspert deyir ki, konkret olaraq burada məsuliyyət nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə düşür. Burada avtomobilin texniki nasazlığından söhbət getmir. O hesab edir ki, həmin markalı avtomobili idarə edənlərin böyük əksəriyyətinin sürücülük təcrübəsi azdır.
Qeyd edək ki, bu hadisə zamanı hər iki avtomobilə və yol infrastrukturuna da ziyan dəyib.
Ekspert onu da əlavə etdi ki, yola cavabdeh olan qurum həmin şəxsi məhkəməyə verib, infrasturuktura dəymiş zərəri ödətdirə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: