"Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik"
Xezerxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirib. Dövlət başçısı bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədrliyini təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaq. Azərbaycanın qazandığı uğurlardan bəhs edən prezident vurğulayıb ki, Torpaqlarımızın azad olunması Azərbaycan qadınlarının tərbiyə etdiyi oğulların sayəsində mümkün olub.
Konfransda xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.
Tədbirdə bildirilib ki, 650 milyon qadın 14-16 yaşda ailə qurmağa məcbur edilir. Dünyadakı digər ölkələr siyasi idarəçilikdə qadınlar az təmsil olunur və ümumiyyətlə, bəzi ölkələrdə buna imkan verilmir.
Özbəkistan Baş nazirinin müavini Zulyxo Makkamovanın sözlərinə görə, Qoşulmama Hərəkatının Bakı konfransı üzv ölkələrin daha da yaxınlaşmasına töhfə verəcək.
Zimbabve Qadın İşləri üzrə İcma, Kiçik və Orta Müəssisələrin İnkişafı naziri Mutsvangva Monika ölkəsində qadın hüquqları sahəsində görülən işlərdən danışıb.
Bu arada Azərbaycanın Qoşulmama hərəkatının qadınlar platformasının yaradılması təklifi dəstəklənib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: