Paytaxt sakini olan bir qadın bu ilin aprel ayında lombarda qızıl qoyaraq 280 manat pul götürüb. O, cəmi 6 günə borcunu qaytarıb.
Xezerxeber.az xəbər verir ki, amma 7 aydır ki, lombarda verdiyi qızılları geri ala bilmir.
İlahə Nağıyeva iddia edir ki, o lombarda müvəqqəti girov kimi qızıl qoyaraq, qarşılığında pul götürüb. Həmin pulu qısa müddət ərzində ödəsə də, indi qızılını geri ala bilmir.
O, deyir ki, aprel ayının 20-də qızılını təhvil verib. 26-da isə götürdüyü pulu geri ödəyib və qızılının qaytarılmasını istəyib.
Məlumata görə, həmin lombard əvvəllər paytaxtın Nəsimi rayonu ərazisində, metronun nəsimi stansiyasının yaxınlığında olub. Şikayətlərdən sonra oradan çıxıb metronun Nizami stansiyasının yaxınlığında yeni ofisə köçüblər. Biz də bu iddialarla bağlı həmin ofisə getdik. Qapılar bağlı, telefonlara isə cavab verən olmadığı üçün cəhdlərimiz yarımçıq qaldı.
İndi İlahə Nağıyeva aidiyyəti qurumlardan kömək istəyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: