Xəzər Xəbər

Hasar sahibi xəbərdarlığa məhəl qoymadı, nəticəsi BELƏ OLDU VİDEO

Veb TV | 20:15 • 20 Noyabr 2023
Hasar sahibi xəbərdarlığa məhəl qoymadı, nəticəsi BELƏ OLDU

Paytaxtın Nərimanov rayonunda bir obyektin daş hasarı avtomobilin üzərinə aşıb.

Xezerxeber.az xəbər verir ki, dəfələrlə qəzalı vəziyyətdə olması ilə bağlı obyekt sahibinə müraciət olunsa da, bü günədək heç bir tədbir görülməyib.

Uçqun nəticəsində hasarın üzərindən keçən qaz və su boruları zədələnib. Bu azmış kimi məhəllə sakinə məxsus avtomobil də yararsız hala düşüb...

“Xəzər-Xəbər”in votsap  nömrəsinə müraciət edən paytaxt sakini Elşən Hüseynov  iddia edir ki, avtomobili hasarın qalıqları altında qalıb.

Elşən Hüseynov deyir ki, hasarın  əks tərəfində 14 obyekt fəaliyyət göstərir. Bunların içərisində həm tikiş, həm də mebel sexləri var.  Tikiş sexlərindən birnin divarı da məhz həmin hasarın üzərində tikilib. Elşən Hüseynov hasarın təhlükəli durumda olması ilə bağlı dəfələrlə onlara müraciət  etsə də bu günədək nə təmir işləri aparılıb, nə də bərkitmə.

Elşən Hüseynov deyir ki,  avtomobilinin kasko sığortası yoxdur. Avtomobillər İcbari Sığorta olduğundan zərəri sığorta şirkətləri qarşılamır.

Hasarın əks tərəfində fəaliyyət göstərən obyekt sahibinin məsələyə münasibəti isə maraqlı oldu:

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar