Son dövrlərdə Azərbaycanda gömrük daxilolmaları dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35 %-nə bərabər olub.
Xezerxeber.az xəbər verir ki, bunu "Gömrük-biznes forumu 2023"də çıxışı zamanı prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, xarici ticarətin artması büdcəyə gömrük daxilolmalarının da artmasını şərtləndirib.
Forumda çıxış edən Dövlət Gömrük Komitəsinin Sədri Şahin Bağırov isə rəhbərlik etdiyi qurumun qarşısında duran əsas strateji hədəfləri açıqlayıb.
O, bildirib ki, qəbul edilən gömrük inkişaf modelində fəaliyyətdə şəffaflığın yüksəldilməsi, sahibkarların və vətəndaşların məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, büdcə ödənişlərində gömrük daxilolmalarının dayanıqlılığının təmin edilməsi strateji hədəflər kimi müəyyən edilib. Sədr işğaldan azad olunan ərazilərdə qurulması nəzərdə tutulan gömrük-keçid məntəqələrindən də danışıb.
Forumda dövlət gömrük komitəsinin həyata keçirdiyi mobil tətbiq layihələrinin təqdimatı da olub. Sonra dövlət gömrük komitəsinin həyata keçirdiyi layihələrə dair panel müzakirələri baş tutub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: