Xəzər Xəbər

Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? FOTO/VİDEO

Veb TV | 20:12 • 19 Noyabr 2023
Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb?

Ağsu rayonunun Kalva kənd sakinləri poçt xidmətlərindən yararlana bilmirlər. Səbəb isə bu kənddəki poçt filialının üç aydır ki, bağlı olmasıdır.

Sakinlərin sözlərinə görə, kənddə ilk poçt filialı 1965-ci ildə yaradılıb və yaxınlıqdakı 5 yaşayış məntəqəsində məskunlaşan əhaliyə xidmət göstərilib.

2006-ci ildə isə əhali artımı nəzərə alınaraq burada yeni və müasir poçt binası tikilərək istifadəyə verilib. Lakin 3 ay əvvəl onun fəaliyyətinin dayandırılması 5 kəndin sakinlərini çətin vəziyyətdə qoyub.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri deyirlər ki, poçtun hansı səbəbdən bağlandığından agah deyillər. İndi hər hansı bir poçt xidmətindən yararlanmaq üçün 25-30 kilometr yol qət etməli olurlar. Bu isə həm vaxt itkisi, həm də əlavə xərc deməkdir.

Məsələ ilə bağlı Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Vüqar Əfəndiyev "Xəzər Xəbər"ə bildirdi ki, poçt filalının bağlanma səbəbi onun maliyyə dövriyyəsinin aşağı olmasıdır.

Bununla belə, sakinlərin şikayətləri nəzərə alınaraq, Ağsu Rayon İcra Hakimiyətinə və aidiyyəti qrumlara məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti