Şamaxının Ərçiman kəndinin sakinləri təbii qazın yoxluğu səbəbindən uzun illərdir ki, əziyyət çəkirlər.
Hazırda odundan istifadə etmək də onlara çətinlik yaradır.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər təbii qazın yoxluğu səbəbindən uzun illərdir ki, əziyyət çəkirlər.
150 dən çox ailənin məskunlaşdığı kəndin sakinləri yandırmağa artıq odun da tapmırlar.
Sakinlər bildirir ki, ətrafdakı ucqar yaşayış məntəqələrə də mavi yanacaq verilib, amma bu kənd sanki unudulub.
“Azəriqaz” istehsalat Birliyindən bildirilib ki, sözügedən kəndin gələn il qazlaşdırılması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: