Xəzər Xəbər

Sumqayıtda bu binada əlillər üçün pandus yoxdur FOTO/VİDEO

Veb TV | 19:33 • 19 Noyabr 2023
Sumqayıtda bu binada əlillər üçün pandus yoxdur

Sumqayıtda 1-ci qrup əlil yaşadığı binadan həyətə düşməkdə çətinlik çəkir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Sumqayıt şəhər 12-ci mk. bina 738 B-dən gedir.

Pilləkənlərdə pandusun olmaması ona çətin anlar yaşadır.

Keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin bu binasında yaşayan 20 yaşlı 1-ci qrup əlil Elşən Eyvazlı 5 ildir pilləkənlərdən düşüb – qalxan zaman əziyyət çəkir.

Elşənin nənəsi Nazlı Məhiyə aidiyyəti qurumlara müraciət etdiyini, lakin bunun heç bir nəticə vermədiyini iddia edir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkün qəsəbəsində yerləşən binaların bir neçəsində panduslar quraşdırılıb. Proses Dövlət Komitəsinə müraciət əsasında həyata keçirilir.

Panduslar mümkün olan yerlərdə yalnız Dövlət Komitəsinin Fövqəladə Hallar Nazirliyinə müraciəti nəticəsində, razılıq olduğu təqdirdə quraşdırılır.

Adıçəkilən ünvanda pandusun quraşdırılması ilə bağlı müraciətə müvafiq sənədləşmə işlərindən sonra qanunauyğun formada baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar